Bu ölkə İsrailə kömür ixracını dayandırdı
    • 19-08-2024, 09:35
    • 90

Bu ölkə İsrailə kömür ixracını dayandırdı

Kolumbiya prezidenti Qustavo Petro X sosial media platformasında İsrailə kömür ixracını rəsmən qadağan edən fərmanı paylaşıb.

News24.az TRT-yə istinadən xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına reaksiya verən Petro, "Fələstinli uşaqları öldürmək üçün Kolumbiya kömüründən bomba hazırlayırlar" deyib.

İsrailə kömür ixracını qadağan edən fərmanın prezident Petro, Xarici İşlər Naziri Luis Gilberto Murillo və Maliyyə, Mədən və Ticarət nazirlərinin imzalarının olduğu görülüb.

Fərmanın rəsmi qəzetdə dərcindən beş gün sonra qüvvəyə minəcəyi paylaşılıb.

Onu da qeyd edək ki, Kolumbiya hasil etdiyi ümumi kömürün 5 %-ni İsrailə ixrac edərkən, ən böyük alıcının ABŞ olduğu bildirilir.

Günel Məlikzadə