Dostu onu gəzdirmədiyi üçün MAŞININI YANDIRDI
    • Bu gün, 12:22
    • 56

Dostu onu gəzdirmədiyi üçün MAŞININI YANDIRDI

Türkiyədə Samsunun Atakum rayonunda E.T dostunun anasına məxsus yük maşınını yandırıb.

News24.az xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində baş verib. 

İçki içən E.T. dostu Ö.T-yə zəng edərək, onu gəzdirməsini istəyib.  Ö.T isə gec olduğunu bildirib və dostunun xahişini rədd edib.

Bunun üzərinə E.T dostunun anasına məxsus 55 AFJ 703 nömrə nişanlı yük maşınının şüşəsini sındıraraq yandırıb. 

Xəbər verildikdən sonra əraziyə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib. Yanğınsöndürmə briqadaları alova müdaxilə edərək qısa müddətdə söndürüb. E.T isə qısa müddətdə tutularaq saxlanılıb.

Bildirilib ki, E.T.-nin polis bölməsində əməliyyatı davam etdirilir.


Məryəm İlhamqızı