Qara meşədə xəzinə tapıldı - Kimə məxsusdur?
    • 19-08-2024, 19:43
    • 182

Qara meşədə xəzinə tapıldı - Kimə məxsusdur?

Almaniyanın Şvartsvald (Qara meşə) dağ silsiləsinin kənarında yerləşən Qlotteral şəhərində yüzlərlə gümüş sikkə tapılıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Livescience” məlumat yayıb.

İlk pulları üzgüçülük hovuzunun yanında boru çəkən işçilər tapıb. Ertəsi gün ev sahibinin arvadı xəzinədən daha bir hissə tapıb. Bir neçə saat sonra Ştutqart arxeoloqu Andreas Haasis-Berner əraziyə baxış keçirib və minə yaxın sikkə aşkarlayıb. Daha sonra metal detektordan istifadə edərək, təxminən 500 sikkə tapıb.

Mütəxəssislər hesab edirlər ki, sikkələr 14-cü əsrin əvvəllərində müasir Almaniya, İsveçrə və Fransa ərazisində zərb edilib. Haasis-Berner bildirib ki, bu, 1949-cu ildən bəri bölgədə tapılan ən böyük orta əsr xəzinəsidir.

Qlotteral Frayburq hersoqlarının mədənlərinin yerləşdiyi ən mühüm ərazilərdən biri idi. Sikkələrin tapıldığı yer mədənçilərin əsas məskəni olub.