100 milyonluq xəzinə tapan təqaüdçüləri HƏBS CƏZASI GÖZLƏYİR
    • 30-03-2021, 16:22
    • 372

100 milyonluq xəzinə tapan təqaüdçüləri HƏBS CƏZASI GÖZLƏYİR

İngiltərədən olan iki təqaüdçü tapdıqları 100 milyon dollarlıq xəzinəyə görə məhkəməyə verilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, yaşlı kişilər bütün ərazini metal detektoru ilə axtarıb və yaşı iki min ildən çox olan minə yaxın qızıl sikkə tapıb.

Ancaq təqaüdçülər axtarışları tamamladıqdan sonra tapıntı barədə dövlətə məlumat verməyiblər. Onlar xəzinəni özlərinə saxlamaq qərarına gəliblər. 

Güman edilir ki, hüquq-mühafizə orqanları məsələdən yaşlı kişilərin qızıl sikkələri satmağa cəhd edərkən xəbər tutublar. 

Təqaüdçülər haqqında məhkəmə prosesi 30 aprel tarixinə təyin olunub. Onları böyük miqdarda cərimə və ya həbs cəzası gözləyir.