Putin Bakıya maraqlı ad tapdı
    • 19-08-2024, 16:54
    • 13 603

Putin Bakıya maraqlı ad tapdı

Rusiya Prezidenti Vladimir Putin Bakını regionun vahəsi adlandırıb.

News24.az Referans.az-a istinadla xəbər verir ki, o bu barədə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

“Bakıda olmaqdan çox məmnunam”, – o bildirib.

Putin qeyd edib ki, Azərbaycan Prezidenti Bakının inkişafına böyük diqqət yetirir.

“Bu, göz önündədir. Şəhər uğurla inkişaf edir, deyərdim ki, regionda bu cür vahəyə çevrilir.

Biz Bakını sevirik – gözəl şəhərdir! Ən əsası isə Azərbaycanın bir çox digər yaşayış məntəqələri kimi intensiv inkişaf edir”, – Putin əlavə edib.