-
- 19-08-2024, 22:30
- 230
Zelenskidən ilk Kursk bəyanatı: “Məqsəd bufer zona yaratmaqdır”
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynanın Rusiyanın Kursk bölgəsinə hərbi müdaxiləsi Moskvanın sərhədi keçərək növbəti hücumlarının qarşısını almaq üçün bufer zonası yaratmaqdır.
News24.az xəbər verir ki, Ukrayna lideri bu bəyanatı ilə avqustun 6-da başlayan əməliyyatın məqsədini ilk dəfə açıq şəkildə bəyan edib.
"Ümumiyyətlə, müdafiə əməliyyatlarında bizim əsas vəzifəmiz Rusiyanın mümkün qədər çox döyüş potensialını məhv etmək və maksimum əks-hücum hərəkətləri etməkdir. Bura təcavüzkarın ərazisində bufer zonanın yaradılması daxildir. Kursk vilayətindəki əməliyyatımız kimi" Zelenski bildirib.
Qeyd edək ki, Kiyev bundan əvvəl Rusiyaya hücumunun hədəfləri barədə çox şey deməyib.
Günel Məlikzadə