-
- 19-08-2024, 23:20
- 220
Blinken: Əsir mübadiləsi və atəşkəs üçün son şans
Əsir mübadiləsi və atəşkəs danışıqlarını müzakirə etmək üçün bölgəyə gələn Blinken təmaslarına ilk dayanacağı İsraildə başlayıb.
News24.az xəbər verir ki, İsrail prezidenti İsaak Hersoq oktyabrın 7-dən bu yana bölgəyə 9-cu səfərini edən Blinkeni qəbul edib.
Blinken görüşdən əvvəl verdiyi açıqlamada Qəzzada əsir mübadiləsi və atəşkəs üçün İsrail və Həmas arasında aparılan danışıqlara toxunub.
Əsirlərin mübadiləsi və atəşkəs danışıqları üçün bunu "həlledici an" adlandıran Blinken, "Bu (indiki danışıqlar) girovları evlərinə qaytarmaq, atəşkəs yaratmaq və hamını bir araya gətirmək, qalıcı sülh və təhlükəsizliyi əldə etmək üçün yəqin ki, ən yaxşı fürsət, bəlkə də son fürsətdir" dedi.
Blinken həmçinin bildirib ki, İran və İsrail arasındakı gərginliyə görə regional gərginliyin qarşısını almaq üçün səy göstəririk.
Günel Məlikzadə