Dilan Polat yenidən həbsxanada - FOTO
    • 20-08-2024, 16:04
    • 207

Dilan Polat yenidən həbsxanada - FOTO

Haqqında "çirkli pulların yuyulması və vergidən yayınma" maddəsi ilə aparılan istintaq çərçivəsində həbs edilən Dilan Polat, dünən vəkillərinin verdiyi ərizədən sonra 9,5 ay sonra sərbəst buraxılıb.

News24.az xəbər verir ki, həbsxanadan çıxan Polat bu gün Tekirdağın Çorlu rayonundakı Karatepe Cəza Müəssisəsində saxlanılan əri Engin Polatı ziyarət edib.

2 uşağı və bacısı Sıla Doğu ilə İstanbuldan gələn Dilan Polat həbsxanada əri Engin Polat və qayınatası Sezgin Polatla təxminən 1 saat görüşüb.

Dilan Polat həbsxanadan çıxarkən jurnalistlərin suallarını cavabsız qoyarkən, bacısı Sıla Doğu "Təbii ki, çox xoşbəxtik. Bu gün ilk dəfə bir-birlərini gördülər. Çox sevindilər", - deyib.

Jurnalistlərin "Vəkiliniz görüşə gəlibmi?" sualına, Sıla Doğu "Bəli, gəldi. Sağ olun" deyərkən, "Enginin vəziyyəti necədir?" sualına isə “Enginin vəziyyəti heç də yaxşı deyil” cavabını verib.

Məryəm İlhamqızı