iPhone 16 Pro-nun bu rəngləri olacaq
    • 20-08-2024, 17:08
    • 218

iPhone 16 Pro-nun bu rəngləri olacaq

Apple şirkəti hər il əməliyyat sisteminin yenilənməsi ilə yeni iPhone seriyasını elan edir. Bir çox istifadəçi bu il təqdim ediləcək yeni iPhone 16 pro cihazlarının nə vaxt satışa çıxarılacağı və onların necə olacağı ilə maraqlanır.

News24.az xəbər verir ki, şirkət seriya üçün yeni rəng variantı üzərində işləyir. Rəng seçimlərinə əlavə olunacaq bu yeni tonun adı "Desert Titanium" olaraq sızdırılıb.

Apple məhsulları ilə bağlı sızıntıları ilə tanınan Majin hesabının postuna görə, keçən ilki "Mavi Titan" rəngi "Desert Titanium" ilə əvəz olunacaq. Bu yeni rəng tünd qızılı tonlara sahib olacaq və seriyanın digər titan rəngləri ilə birlikdə təqdim olunacaq.

Günel Məlikzadə