Xroniki yorğunluğun əlamətləri nədir?
    • 26-08-2024, 19:23
    • 3 908

Xroniki yorğunluğun əlamətləri nədir?

Tibb elmləri namizədi, həkim Andrey Saxarov xroniki yorğunluğun əsas əlamətlərini açıqlayıb.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, bu barədə “Sport-Express” saytında məqalə yayımlanıb.

Onun sözlərinə görə, yorğunluq insanın həm fiziki, həm də ruhi rifahına təsir edən enerji, performans və motivasiyanın əhəmiyyətli dərəcədə azalması ilə xarakterizə olunan funksional vəziyyətdir.

Eyni zamanda, mütəxəssis xroniki yorğunluğun əlamətləri kimi baş ağrısı və başgicəllənmə, yavaş reaksiya və koordinasiya ilə bağlı problemlər, həmçinin yuxululuq, tənbəllik, apatiya və motivasiyanın olmaması kimi halları da qeyd edib.

Saxarov əlavə edib ki, xroniki yorğunluq konsentrasiyanın azalması və yaddaşın pisləşməsi, əzələ zəifliyi və səhər yuxudan sonra lazımi istirahət hissinin olmaması ilə ifadə edilir.

“İmmunitetin zəifləməsi nəticəsində yaranan davamlı yoluxucu xəstəliklər də bu vəziyyəti göstərə bilər. Əksər hallarda xroniki yorğunluq orqanizmdə müəyyən xəstəliklərin inkişafı fonunda baş verən nasazlıqların nəticəsidir”, – deyə tibb elmləri namizədi fikrini yekunlaşdırıb.