"Çelsi" və "Mançester Yunayted" arasında mübadilə
    • 26-08-2024, 17:20
    • 350

"Çelsi" və "Mançester Yunayted" arasında mübadilə

İngiltərə Premyer Liqasında transfer mövsümünün bitməsinə az qalmış “Mançester Yunayted” və “Çelsi” arasında alış-veriş baş tuta bilər.

News24.az The Telegraph-a istinadən xəbər verir ki, “Çelsi”də çıxış edən Rahim Sterlinqlə “Mançester Yunayted”də çıxış edən Ceydon Sanço arasında dəyişiklik ola bilər.

Enzo Mareskanın planlarında olmayan Sterlinq daha əvvəl "Liverpul", "Mançester Siti" və "Çelsi"də çıxış edib.

Qeyd edək ki, "Çelsi"nin siyahısında "Napoli"də çıxış edən Viktor Osimhen də var.

Günel Məlikzadə