Ronaldo xüsusi mükafat alacaq
    • 27-08-2024, 16:09
    • 272

Ronaldo xüsusi mükafat alacaq

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştianu Ronaldo Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri kimi Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferindən xüsusi mükafat alacaq. 

News24.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Ona mükafat avqustun 29-da Monakoda 2024/25 Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində təqdim olunacaq.

Xatırladaq ki, portuqaliyalı karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub. O, Avropada 183 oyunda 140 qol vurub.

Bundan əvvəl Ronaldo 9 il "Real Madrid"də, 3 il isə Turində "Yuventus"da çıxış edib. 

Məryəm İlhamqızı