Burnuna batareya ilişən uşaq XİLAS EDİLDİ
    • Bu gün, 17:50
    • 131

Burnuna batareya ilişən uşaq XİLAS EDİLDİ

Tümen vilayətində maraqlı hadisə baş verib.

News24.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tobolsk şəhərindəki 3 saylı regional xəstəxananın həkimləri bir neçə gündür burnunda batareya taxmış, toxuma nekrozu yaradan uşağı xilas ediblər.

Balaca xəstə şiddətli ağrı, üzün, burunun, göz qapaqlarının şişməsi, yüksək hərarət və qanlı burun axıntısı ilə müraciət edib. Endoskopik müayinədən sonra uşağın burnunda batareya olduğu məlum olub. Yad cisim çıxarılıb, lakin o, burunun selikli qişasına əhəmiyyətli dərəcədə zərər vurub.

Verilən məlumata görə, ciddi nəticələrin qarşısı alınıb, uşaq selikli qişanın bərpası və mümkün fəsadların qarşısının alınması üçün müalicə kursu keçib.

Məryəm İlhamqızı