"Qalatasaray" Çempionlar Liqası ilə vidalaşdı
    • 28-08-2024, 10:10
    • 496

"Qalatasaray" Çempionlar Liqası ilə vidalaşdı

"Qalatasaray" Nəhənglər Liqasının pley-off mərhələsinin cavab oyununda "Young Boys"a 1:0 hesabı ilə uduzub.

News24.az xəbər verir ki, ilk görüşdə 3-2 hesabı ilə məğlub olan sarı-qırmızılılar bu nəticə ilə Çempionlar Liqası ilə vidalaşıb.

Nəhənglər Liqasında iştirak şansını itirən "Qalatasaray" UEFA Avropa Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, Avropa Liqasının püşkatma mərasimi avqustun 30-da keçiriləcək.

Günel Məlikzadə