Sosial yardımlar alanlara MÜHÜM XƏBƏR
    • 28-08-2024, 10:47
    • 560

Sosial yardımlar alanlara MÜHÜM XƏBƏR

Dövlət Sosial Müdafiə Fondu avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını bu gün tam ödəyib.

News24,az bildirir ki, bu barədə Sfera.az-a fonddan məlumat verilib.

Qeyd olunub ki, bundan əvvəl - avqustun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 19-da isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, avqust ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.