ABŞ-da azərbaycanlılara qarşı bomba hazırlayan erməni SAXLANILDI
    • 30-08-2024, 22:17
    • 404

ABŞ-da azərbaycanlılara qarşı bomba hazırlayan erməni SAXLANILDI


ABŞ-nin Çikaqo Universitetinin tələbə yataqxanasında ermənilərə partlayıcı maddələr hazırlamağa kömək etməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə nazirliyi məlumat yayıb.

21 yaşlı Aram Brunson hiylə, sxem və ya cihazla maddi faktı saxtalaşdırmaq, gizlətmək və ört-basdır etmək, federal məmurlara yalan ifadələr verməkdə ittiham olunur.

Brunsonun İrəvanda yaşadığı və oradakı Amerika Universitetində oxuduğu güman edilir.

Bu şəxsin əməlləri Çikaqo universitetinin yataqxanasında partlayış törətdikdən sonra ortaya çıxıb.

Məlum olub ki, o, yataqxananı bomba hazırlamaq bacarıqlarını inkişaf etdirmək üçün labaratoriya kimi istifadə edirmiş.

İttiham sənədlərində, Brunsonun bomba hazırlamaq fəaliyyəti Qarabağda etinik ermənilərə guya təhlükə yaradan azərbaycanlılara və başqalarına qarşı silahlı fəaliyyət göstərmək istəyi ilə əlaqələndirilir.

Sonrakı araşdırmalar Bransonun Ermənistanın məqsədlərini dəstəkləmək üçün birbaşa terror fəaliyyəti ilə məşğul olmaq istədiyini ortaya qoyub.

Həmçinin, Bransonun özünü partlayıcı cihazlar hazırlamaq, qapı və masaların qumbaralarla təchiz edilməsini göstərən videolar çəkdiyi iddia olunur. Onun internetdəki axtarışları da, ABŞ-da xarici diplomatik obyektlərə qarşı cinayət törətməyə planlaşdırdığını göstərir.

Məhkəmə sənədlərinə görə, 2023-cü ilin avqustunda, Branson Bostondan Ermənistana səfərə çıxarkən baqajında olan qeyri-adi və çox təhlükəli partlayıcı maddələrə görə hava limanının həyəcan siqnalı işə düşüb.

Axtarış zamanı Bransonun Nyuton ştatındakı evində həmin partlayıcını hazırlamaq üçün resept tapılıb.

(Qafqazinfo)