Növxanıda qanlı olay: Qayınata kürəkənini bıçaqladı
    • Dünən, 22:26
    • 148

Növxanıda qanlı olay: Qayınata kürəkənini bıçaqladı

Abşeron rayonunda 1964-cü il təvəllüdlü Səttar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qızının əri Nurəhmədi bıçaqlayıb. 

News24.az-ın Demokrat.az-a istinadən əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 8-də, Abşeron rayonu, Novxanı kəndi, 20 Yanvar küçəsində yerləşən 41 nömrəli evdə baş verib. Səttar kürəkəni Nurəhmədin arvadını söydüyünə və sonuncunun qolundan tutaraq itələməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı evdən stolun üstündən götürdüyü bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurub. 

Hadisəni törədən Səttarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səttar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nurəhməd onun kürəkənidir, əvvəllər heç bir ədavət və düşmənçilikləri olmayıb: “Nurəhməd 2021-ci ilin aprel ayında qızım Vüsalə ilə ailə həyatı qurdu. Aralarında yaxşı münasibət olsa da, Nurəhmədin valdeyinləri ilə Vüsalənin münasibətləri əvvəldən soyuq olub. Təxminən 3 ay olardı ki, Nurəhməd və Vüsalə Cəlilabad rayonunda yaşayırdılıar. Arvadım Arzu ilə birlikdə tez-tez Vüsaləgili ziyarət edib nəvələrimi görürmüşəm. Vüsalə mənim tək övladımdır”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ildə Nurəhməd Vüsalə ilə birlikdə Novxanı kəndində onların yaşadığı evə gəlib: “Vüsalə 9 aylıq hamilə olduğundan Nurəhməd Vüsaləni bizdə qoyaraq getdi. Növbəti gün, martın 6-da Vüsalənin sancıları olduğu üçün onu Sumqayıt şəhərində yerləşən xəstəxanaya apardım. Həkim yaxın günlərdə doğuş olacağını və Vüsalənin xəstəxanada qalmalı olduğunu bildirdi. Həmin gün Vüsalənin oğlu oldu. Martın 8-də, saat 11 radələrində Vüsaləni və nəvəmi xəstəxanadan çıxarmaq məqsədi ilə ora getdik. Həmin vaxt lürəkənim Nurəhməd də qardaşı Seyidəli ilə birlikdə oraya gəldi. Vüsalə xəstəxananın qarşısında Nurəhmədlə bir qədər söhbərt etdikdən sonra mən Vüsaləni və nəvəmizi yaşadığım evimə apardım. Vüsalə bir-iki saat sonra Nurəhmədin gələrək uşaqları və onu aparacağını bildirdi. Mən nəvəmə qurban dediyim heyvanı kəsdikdən sonra onu soymağa başladım. Həmin vaxt evdə qızım, arvadım, iki azyaşlı nəvəm və məndən başqa heç kim olmayıb”. 

Səttar bildirib ki, təxminən saat 12 radələrində kürəkəni Nurəhməd və adını “Seydi” olaraq bildiyi qardaşı onların həyətinə daxil olub: “Nurəhməd mənimlə söhbət etmədən qapının ağzına keçərək Vüsaləni çağırdı. Vüsalə qapıya çıxdıqda Nurəhmədin ona “yığış gedək” dediyini eşitdim. Vüsalə Nurəhməddən bir dəqiqə gözləməsini, uşağı yedirdikdən sonra getməyi bildirdi. Daha sonra Nurəhmədlə Vüsalənin mübahisə etdiyini gördüm və həyətin digər tərəfinə çəkildim. Təxminən 15 dəqiqə sonra Vüsalə həyətə çıxıb qışqıraraq məni çağırdı. Mən evə daxil olduqda Nurəhmədin arvadım Arzunun boğazından yapışaraq onu söyüb təhqir etdiyini gördüm. Mən əvvəlcə Nurəhmədi sakitləşdirməyə çalışdım. Nurəhməd məni əli ilə itələdi. Həmin vaxt arxa nahiyəm divarda yığılmış şkafa dəydi və şüşəsi qırılaraq ortalığa töküldü. Daha sonra Nurəhmədin qardaşı sol çiyin nahiyəmdən yumruqla vurdu. Nurəhməd sinəmdən tutaraq məni qapıya tərəf tulladı. Həmin vaxt qapının ağzında qoyulmuş stolun üstündən mətbəx bıçağını sağ əlim ilə götürdüm və Nurəhmədin qarın boşluğuna bir dəfə vurdum”. 

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra tutduğu əməldən peşman olaraq dayanıb: “Qızım Vüsalə əlimdən bıçağı aldıqdan sonra Nurəhməd və qardaşı təzədən məni döyməyə başladı. Yerə yıxıldığım üçün məni nə ilə və necə vurduqlarını xatırlamıram. Daha sonra Nurəhmədin qardaşı onun bıçaqlandığını başa düşdü və onu çölə çıxardı, oradan getdilər. Bir qədər sonra polis əməkdaşları yaşadığım evə gəldikdə baş vermiş hadisəni və törətdiyim əməli səmimi olaraq etiraf etdim”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nurəhmədin sözlərinə görə, Səttər onun qayınatasıdır: “Martın 5-də arvadım Vüsalə yaxın günlərdə doğuş edəcəyi üçün onu apararaq Novxanı kəndində yerləşən qayınatamın evlinə qoydum. Növbəti gün atası Vüsaləni Sumqayıt şəhərində yerləşən xəstəxanaya apardı və Vüsalənin oğlu dünyaya gəlddi. Həkim məsləhəti ilə Vüsalə iki gün daha xəstəxanada qaldı.

Martın 8-də Vüsalə xəstəxanadan çıxdı. Vüsaləyə atamgilə getməyi təklif etdim. Vüsalə pal-paltarının öz atasıgilin evində olduğunu, gedərək götürdükdən sonra onu aparmağımı xahiş etdim. Vüsaləyə etiraz etməyərək bir-iki saat sonra gedərək onu aparacağımı bildirdim”.

Nurəhməd bildirib ki, dfaha sonra qardaşı Seyidəli ilə birlikdə bir qədər Sumqayıt şəhərində dolaşaraq qayınatasının evinə gəlib: “Vüsalə qapıya çıxaraq hələ hazır olmadığını bildirdi.Vüsaləyə yır-yığış etməkdə kömək etmək məqsədi ilə həyətə, oradan da evə daxil oldum. İçəri girərkən qaynanam Arzu da mənimlə birlikdə içəri keçdi. Həmin vaxt Səttərin darvazadan çölə çıxaraq təkrar içəri qayıtdığını gördüm. Vüsaləyə kömək edərkən qaynanası ona tələsməməyini bildirdim. Mən isə Vüsalədən tez olmağını tələb etdim. Buna görə də aramızda mübahisə baş verdi. Daha sonra qaynanam Arzu üstümə hücum çəkdi, qollarımdan yapışdı və həmin vaxt qayınatam Səttər sağ çiynimdən yapışaraq qarın nahiyəmə bir dəfə zərbə vurdu. Mən qarın nahiyəmdə ağrı hiss etsəm də, Səttərin əlində bıçaq olduğundan xəbərim olmadı. Səttər ikinci dəfə zərbə yetirmək istədikdə onun əlini kənara çəkdim. Üçüncü dəfə Səttər sağ əli ilə zərbə vurmaq istədi. Bu zaman Səttərin əlində bıçaq olduğunu gördüm.

Mən özümü qorumaq məqsədi ilə Səttəri divara tərəf itələdim. Səttərin kürəyi divarda yığılmış şkafa dəydi və şkafın şüşələri qırılaraq yerə töküldü. Həmin vaxt köynəyimi aşağı çəkərək baxdıqda xəsarət izi görmədim. Bundan sonra Səttər təkrar üstümə hücum çəkərək yaxamdan yapışdı. Mən dfə a Səttərin yaxasından tutaraq aramızda olan məsəlini aydınlaşdırmaq üçün onu çölə çıxarmağa çalışdım. Bu zaman Səttər məni yumruq və təpik zərbələri ilə vurdu. Səttər təpiklə vurmaq istədikdə yaxamdan tutduğu üçün hər ikimiz birlikdə yerə yıxıldıq. Daha sonra Vüsalənin “Seyid qoyma kömək, elə” dediyini eşitdim. Seyidəli bizi ayırdı. Sonra qardaşım Seyidəlidən məni xəstəxanaya aparmağını xahiş etdim. Daha sonra Seyidəli məni götürərək xətəxanaya apardı”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səttarın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.