Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var
    • Bu gün, 01:02
    • 117

Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var


Zaqatalada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, avqustun 31-də saat 20 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində "Mercedes" və "BMW" markalı iki avtomobil toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sərnişin, 1964-cü il təvəllüdlü S.Abbasova sınıq xəsarəti alıb, xəstəxanaya müraciət edən digər beş nəfərə isə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.