Kameralar məntəqələlərdə bütün prosesi qeydə alır
    • Bu gün, 09:07
    • 57

Kameralar məntəqələlərdə bütün prosesi qeydə alır


"1000 seçki məntəqəsində veb-kameralar seçki prosesi üçün hazır vəziyyətdədir".

News24.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 1 sentyabrda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, kameralar səsvermə protokolları hazırlanana qədər bütün prosesi qeydə alır.

Onun sözlərinə görə, saat 19:00-da seçki məntəqələri bağlanacaq və ilkin nəticələr hazırlanacaq:

"Gün ərzində səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi beş dəfə olacaq. Məntəqələrdə baş verən hər hansısa hadisə ilə bağlı məntəqə seçki komissiyasında dərhal qərar veriləcək".