Paltarlarla qabarıq qarnı gizlətməyin YOLLARI
    • Dünən, 20:56
    • 162

Paltarlarla qabarıq qarnı gizlətməyin YOLLARI

Belaruslu stilist Katerina Labodina qabarıq qarını paltarla gizlətməyin yollarını izah edib.

News24.az Redaktor.az-a istinadla xəbər verir ki, bu barədə "SmartPress" məlumat dərc edib. 

Beləliklə, trapes formalı və klyoş paltarlar bu problemin öhdəsindən gəlməyə kömək edəcək. Həmçinin "V" yaxalı geyim üslubları diqqətdə olacaq.

O, həmçinin boş parçalar və yüksək belli şalvar və ətəklər seçməyi tövsiyə edib:

“Yüksək bel silueti vizual olaraq uzadacaq və qarnı qaldırmağa” kömək edəcək".

Mütəxəssis onu da qeyd edib ki, qalın pambıq və kətan kostyum kimi orta sıxlıqlı parçalardan olan geyimlərə üstünlük vermək olar.