Ağaoğlu infarkt keçirdi
    • 29-06-2022, 22:10
    • 272

Ağaoğlu infarkt keçirdi

Türkiyəli iş adamı Ali Ağaoğlu infarkt keçirib. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ağaoğlunun ürəyinə stend qoyulub. 

Onun səhhətinin yaxşı olduğu, müalicəsinin xəstəxanada davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Ağaoğlu 1 milyard dollarlıq sərvətlə “Forbes Türkiyə”nin 2017-ci ildə hazırladığı “ən zəngin 100 türk” siyahısında 27-ci sırada yer alıb.