Quba-Xınalıq yolundakı körpü uçub - FOTO
    • Bu gün, 10:47
    • 118

Quba-Xınalıq yolundakı körpü uçub - FOTO

Quba rayonundan Xınalıq kəndinə gedən yolda yerləşən körpü uçub. 

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, körpü intensiv yağıntılardan sonra yaranmış güclü sel suları nəticəsində dağılıb. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, hadisə bir müddət əvvəl baş verib və hazırda bununla bağlı layihə hazırlanıb: "Körpü təxminən bir ay öncə uçub. Bununla bağlı təkliflər, yeni layihələr hazırlanıb və təqdim olunub. Yəqin ki, yaxın günlərdə yeni körpünün inşasına başlanılacaq.

Hazırda vətəndaşların istifadə etməsi üçün alternativ olaraq yolumuz var. Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilirlər. Qısa müddətdə yeni körpünün də tikintisinə başlanılacaq".