Ermənistanda qadağa qoyuldu: Evliliklə bağlı
    • Bu gün, 15:26
    • 179

Ermənistanda qadağa qoyuldu: Evliliklə bağlı

Evlənmək üçün icazə verilən yaş 1-2 il artırılmalıdır.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Rüstəm Bakoyan deyib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, Ermənistanda nikah yaşı 18-dir. Ancaq bəzi hallarda 17 və ya hətta 16 yaşında da evlənməyə icazə verilir. Bundan başqa, Dövlət Hüquq Məsələləri Daimi Komissiyasının iclasında “azyaşlı ana” anlayışının qanunvericilikdən çıxarılması da təklif edilib.

“Son araşdırmalar göstərir ki, erkən nikahların sayı azalıb. Bu səbəbdən qeydə alınmış nikahlarda uşaq doğulması da azalıb. Lakin bu problem hələ də müəyyən narahatlıq doğurur”, - deyə Ermənistan ədliyyə nazirinin müavini Armenuhi Arutyunyan bildirib.

Müzakirələrdən sonra təşəbbüs parlamentin daimi komissiyasında müsbət rəy alıb.