İsrail kəşfiyyatı ilə əməkdaşlıq edən Kosovo vətəndaşı saxlanıldı
    • Bu gün, 18:00
    • 102

İsrail kəşfiyyatı ilə əməkdaşlıq edən Kosovo vətəndaşı saxlanıldı

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində İsrailin xüsusi xidmət orqanı "Mossad"la əməkdaşlıq edən Kosovo vətəndaşı Liridon Rexhepi həbs edilib.

News24.az oxu.az-a istinadən xəbər verir ki, saxlanılan şəxs "Mossad"ın Türkiyədəki pul şəbəkəsini idarə edib.

Qeyd olunur ki, L.Rexhepinin bütün hərəkətləri, xüsusən də bank hesabları ilə həyata keçirdiyi şübhəli köçürmələr uzun müddət izlənilib.

Saxlanılan şəxs artıq ilk dindirmədə xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini etiraf edib