Yatağının yanına su qoyanlara XƏBƏRDARLIQ
    • 4-09-2024, 23:30
    • 17 578

Yatağının yanına su qoyanlara XƏBƏRDARLIQ

Gecələr yatağımızın yanına bir stəkan su qoyuruq, çünki su içməyə qalxmağa çox tənbəl oluruq və yuxumuzun kəsilməsini istəmirik. 

News24.az xəbər verir ki, hər kəsin təkrar etdiyi bu vərdişlə bağlı aparılan araşdırma illərdir nə qədər yanıldığımızı ortaya çıxarıb.

Yatağın yanına qoyduğumuz su gecə açıq qaldığı müddətcə havada toz və bakteriya toplamağa başlayır. Baxdığımız zaman bu bakteriya və tozları görə bilməsək də, yatağımızın yanında qoyduğumuz su içdiyimiz zaman artıq çirklənmiş olur.

Üstəlik, çarpayının yanında qalan içməli suyun sağlamlığa zərərli olduğunu göstərən yeganə vəziyyət bu deyil. Gecə bir qurtum su içib yatmağa davam etdikdə suyun qalan hissəsini də bilmədən çirkləndirirsiniz. Ağızdan gələn bakteriya və mikroblar təmasdan sonra suyun daha asan çirklənməsinə səbəb olur.

Təbii ki, suyun içilməməsi lazım olduğunu göstərən hallar bununla bitmir. Su bir gecədə oturduqca, havadan karbon qazını udur. Bu karbon qazı suda karbon turşusunun əmələ gəlməsinə səbəb olur. Beləliklə, suyun kimyası tamamilə dəyişir. Suyun kimyası dəyişdikdə pH səviyyəsi azalır və su sizə daha acı görünməyə başlayır.

Suyun dadını, kimyasını, sağlam quruluşunu dəyişən bu vərdişdən əl çəkməyiniz və ya özünüzlə götürdüyünüz suyu şüşə butulkada təmizləyərək içməyiniz daha yaxşı olardı.

Məryəm İlhamqızı