17 dəqiqə ayaqda alqışlanan FİLM
    • Dünən, 22:56
    • 178

17 dəqiqə ayaqda alqışlanan FİLM

"The Skin I Live In", "All About My Mother" ve "Parallel Mothers" kimi filmləri ilə tanınan məşhur ispan rejissoru Pedro Almodovarın yeni filmi Venesiya Film Festivalında nümayiş etdirilib.

News24.az xəbər verir ki, "The Room Next Door" adlı film 17 dəqiqə ayaqda alqışlanıb. 

81-ci Venesiya Film Festivalının Əsas Müsabiqə bölməsində iştirak edən film tamaşaçılar və tənqidçilər tərəfindən tam qiymət alıb.

“The Room Next Door” bu il festivalda ən çox alqışlanan əsər olub. Festivalda The Brutalist filmi 12 dəqiqə, baş rolda Ancelina Colinin oynadığı Mariya isə 8 dəqiqə alqışlarla qarşılanıb.

Film ən çox satan yazıçı İnqrid (Julianne Moore) və əlaqəsini itirdiyi müharibə jurnalisti dostu Martha (Tilda Swinton) haqqındadır.

Məryəm İlhamqızı