Putin "əbədi həyat" axtarışındadır: görün alimlərə nə tapşırdı
    • Bu gün, 08:23
    • 211

Putin "əbədi həyat" axtarışındadır: görün alimlərə nə tapşırdı


Rusiya Prezidenti Vladimir Putin rus alimlərinə “əbədi həyat” zərdabı hazırlamağını tapşırıb.

News24.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.

Qəzetin mənbələrininin iddiasına görə, Putini "əbədi həyat" ideyasına aludə edən Rusiya Elmlər Akademiyasının aparıcı üzvü, 77 yaşlı Mixail Kovalçuk olub.

Putin Kovalçukdan aldığı ilhamla alimlərə qocalmanın qarşısının alınması sahəsində axtarışları sürətləndirməyi tapşırıb və “ölümsüzlük zərdabı” hazırlamağı əmr edib

“The Times” müasir tibbi texnologiyaya çıxış əldə etməsinə baxmayaraq, Putinin ənənəvi cavanlaşma üsullarına da müraciət etdiyini bildirir.