Keçmiş və indiki həyat yoldaşı arasında OXŞARLIQ
    • Dünən, 21:30
    • 294

Keçmiş və indiki həyat yoldaşı arasında OXŞARLIQ

Ötən gün Acun Ilıcalı 4-cü dəfə ailə həyatı qurub.

News24.az xəbər verir ki, Acun Ilıcalı ilə evlənən Ayça Çağla Altunkayanın Şeyma Subaşı ilə oxşarlığı isə hər kəsi heyrətə gətirib. 

Aralarında 9 yaş fərq olan Subaşı ilə Altunkayanın eyni doğum gününün olması diqqətdən qaçmayıb.

Ayça Çağla Altunkayanın toyu üçün seçdiyi tül detallı gəlinlik Şeyma Subaşının illər əvvəl Acun Ilıcalı ilə evlənərkən geyindiyi gəlinliyi ilə müqayisə edilib. İkisi arasındakı oxşarlıqlar uzun müddət danışılsa da, ortaya çıxan ad günü detalı çənələri açıq qoyub. Məlum olub ki, 1999-cu il təvəllüdlü Ayça Çağla Altunkaya və 1990-cı il təvəllüdlü Şeyma Subaşının doğum günləri iyulun 2-dir.

Qeyd edək ki, Acun Ilıcalı ilə eşq yaşamağa başladığı gündən İnstaqram hesabından özəl istifadə edən və yalnız tanıdığı insanların izləmə istəklərini qəbul edən Ayça Çağla Altunkaya toydan saatlar sonra soyadını "Ilıcalı" olaraq yeniləyib.

Məryəm İlhamqızı