Londonda II Elizabetə abidə qoyulacaq
    • Bu gün, 20:57
    • 70

Londonda II Elizabetə abidə qoyulacaq

Böyük Britaniya kraliçası II Elizabetin (1952-2022) anadan olmasının 100 illiyi münasibətilə 2026-cı ildə Londonun mərkəzindəki Sent Ceyms Parkında abidəsi açılacaq.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, abidənin yaradılması üzərində əlahəzrətin keçmiş şəxsi katibi Robin Cenvrinin rəhbərlik etdiyi xüsusi komitə işləyir. Sent Ceyms Parkda abidənin ucaldılması planlarının gələn həftə sonu - kraliçanın ölümündən düz 2 il sonra rəsmən elan ediləcəyi gözlənilir.

II Elizabet 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Britaniya tarixində ən uzun padşahlıq edib - 70 il 7 ay. Onun böyük oğlu şahzadə Çarlz III Çarlz adını alaraq yeni monarx olub.