-
- 15-07-2024, 13:37
- 492
Lamine Yamal Peleni geridə qoydu
AVRO-2024-ün finalında İspaniya yığması ilə İngiltərə ilə qarşılaşan Lamine Yamal daha bir rekorda imza atıb.
News24.az xəbər verir ki, gənc ulduz 1958-ci ildə dünya çempionatının finalında çıxış edən Peleni (17 yaş, 249 gün) geridə qoyaraq, beynəlxalq turnirin finalında çıxış edən ən gənc futbolçu (17 yaş, 1 gün) olub.
AVRO-2024-də İspaniya forması ilə 6 rəsmi oyuna çıxan Yamal bu matçlarda 3 məhsuldar ötürmə edib və 1 qola imza atıb.
Günel Məlikzadə