Daniel Olmodan emosional açıqlama
    • 10-07-2024, 19:30
    • 231

Daniel Olmodan emosional açıqlama

İspaniya millisinin yarımmüdafiəçisi Daniel Olmo Almaniyada təşkil edilən Avropa çempionatının yarımfinalında dünən Fransa üzərində qazandıqları qələbəni (2:1) dəyərləndirib.

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, matçın 25-ci dəqiqəsində rəqib müdafiəçi Jül Kundeni avtoqol vurmağa məcbur edən Danielin dediklərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Biz hədəfimizə çox yaxınıq, çox xoşbəxtik! İnanılmaz komandayıq. Qələbəni haqq edirdik! Şöhrətin biraddımlığındayıq! Qol elə qoldur. Onu mənim və ya Kundenin vurması fərq etmir. Əsas olan qələbə və çıxmaqdır. Finalda kimlə oynayacağımız vacib deyil. Kim olursa, olsun. Fransaya qarşı çox yaxşı oynadıq. Öz üslubumuza asadiq qaldıq. Lamin Yamal möhtəşəm qola imza atdı, əla matç keçirdi".

Qeyd edək ki, İspaniya finalda bu gün baş tutacaq Niderland - İngiltərə qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.