Elektrik qatarı ilə yük maşını TOQQUŞDU
    • Bu gün, 18:30
    • 195

Elektrik qatarı ilə yük maşını TOQQUŞDU

Sankt-Peterburqda elektrik qatarı ilə yük maşını arasında toqquşma baş verib. 

News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri başlanılıb, hadisə ilə bağlı bütün hallar öyrənilir.

Hələlik itkilər barədə rəsmi məlumat yoxdur, lakin şahidlər yük maşını sürücüsünün yaralandığını iddia ediblər. 

Hadisə yerindən olan görüntülərə görə, yük maşınının kabinası qopub, qatarın aparıcı vaqonuna da ciddi ziyan dəyib.

Qeyd edək ki, hadisə Sankt-Peterburqun Baltiyski avtobazasının ərazisində, Bronevaya platformasından bir qədər aralıda baş verib. Qəzaya uğrayan qatar Sankt-Peterburqdan Qatçinaya gedirmiş.

Şimal-Qərb Nəqliyyat Prokurorluğundan bildirilib ki, yük maşınının sürücüsü avtomobili qadağanedici siqnalla idarə edib, maşinist təcili əyləci basıb, lakin toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Məryəm İlhamqızı