Azərbaycanda küçədə bıçaqlanma: Anbaan görüntülər
    • Dünən, 23:39
    • 148

Azərbaycanda küçədə bıçaqlanma: Anbaan görüntülər


Qazaxda küçədə baş verən bıçaqlanma hadisəsi anbaan müşahidə kameralarına əks olunub.

News24.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sentyabrın 5-də saat 22 radələrində Qazax Rayon Polis Şöbəsinə Masallı rayon sakini Elçin Burhanlının kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

Araşdırmalarla Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Kərim Mansurovun aralarında yaranmış mübahisə nəticəsində E.Burhanlıya bıçaqla müxtəlif bədən xəsarətləri yetirməsi ilə bağlı şübhələr müəyyən edilib.

K.Mansurov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

Həmin görüntüləri təqdim edirik: