Avtomobil aşdı: ölən və yaralılar var
    • Bu gün, 09:58
    • 82

Avtomobil aşdı: ölən və yaralılar var

Türkiyədə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, A.Ü-nün idarə etdiyi avtomobil Sinop-Boyabat avtomobil yolunun Üzümlü adlanan ərazisində idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Qəzada sürücü və sərnişinlər H.D, K.Ü, N.Ö. və T.Ö. yaralanıb.

Yaralılar sağlamlıq qrupları tərəfindən Boyabat 75. Yıl Dövlət Xəstəxanasına qaldırılıb.

Onlardan H.D xəstəxanada edilən müdaxiləyə baxmayaraq dünyasını dəyişib.

Məryəm İlhamqızı