Körpənin üzərinə QAYNAR QƏHVƏ TÖKDÜ
    • Bu gün, 12:18
    • 142

Körpənin üzərinə QAYNAR QƏHVƏ TÖKDÜ

Avstraliyanın şimalındakı Kvinslend əyalətindəki bir parkda körpənin üzərinə qaynar qəhvə tökdüyü iddia edilən kişi bütün bölgədə axtarılır.

News24.az xəbər verir ki, hadisə Brisben şəhərindəki parkda baş verib. 

Ana iddia edir ki, o, doqquz aylıq körpəsi ilə çəmənlikdə oturarkən qəfildən uşağının üzərinə buxarlanan qəhvə tökülüb. Körpənin üzündə, qollarında və ayaqlarında ağır yanıq izlərinin olduğu açıqlanıb.

Kamera görüntülərinə daxil olan səlahiyyətlilər, müəyyən etdikləri 33 yaşlı əcnəbi vətəndaşın hücumdan sonra ölkədən qaçdığını bildiriblər. Polis istintaqa mane olmamaq üçün şübhəlinin adını və getdiyi ölkəni açıqlamasa da, onun hücumu niyə törətdiyi barədə heç bir məlumatı olmadığını bildirib.

Hücumdan dərhal sonra taksiyə minərək hadisə yerindən qaçan şəxs üçün beynəlxalq axtarış elan edilib.

Doqquz aylıq körpənin əhval-ruhiyyəsinin yaxşı olduğunu deyən ata, uşağa dəri transplantasiyası əməliyyatı edildiyini, lakin gələcəkdə boyun və döş qəfəsində daha çox dəri transplantasiyası əməliyyatının tələb oluna biləcəyini söyləyib.

Əməliyyatdan sonra lazer və iynə müalicələrinin edilməli olduğu, körpənin hərəkətliliyində hər hansı problem yaşanmaması üçün yoxlama və müalicələrin aparılmalı olduğu bildirildi.

Məryəm İlhamqızı