-
- 9-09-2024, 17:28
- 201
Ailə faciəsi: Qayınatasını öldürdü
Ankarada bir nəfər qayınatasını qətlə yetirib.
News24.az xəbər verir ki, Cəmil Cesur qızı və kürəkənini səhər yeməyinə dəvət edib.
Səhər yeməyi zamanı Cəmil Cesurla kürəkəni Yasin E. arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə böyüyərkən Yasin E qayınatası Cesurun bədəninin müxtəlif nahiyələrindən bıçaqlayıb. Cəmil Cesur aldığı bıçaq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Yasin E əlləri qan içində evdən çıxarkən çağırılan polis qrupları tərəfindən tutularaq saxlanılıb.
Qeyd edək ki, psixoloji problemləri olduğu iddia edilən Yasin E-nin dindirilməsi davam edir.
Günel Məlikzadə