Solyariumda DƏHŞƏT - 30 ildir müştərilərinin şəkillərini...
    • Dünən, 23:45
    • 234

Solyariumda DƏHŞƏT - 30 ildir müştərilərinin şəkillərini...

Tokioda solyarium salonunun meneceri 30 ilə yaxın müştərilərin nalayiq şəkillərini çəkdiyinə görə həbs edilib. 

News24.az xəbər verir ki, yerli polisdən əldə edilən məlumata görə, hadisə müştərinin diqqəti sayəsində üzə çıxıb. 

Salona gələn 20 yaşlı qadın müştəri solyarium aparatından istifadə edərkən otaqdakı pərdələrin hərəkət etdiyini görüb. Vəziyyətdən şübhələnən müştəri mobil telefonunu üzü pərdəyə çevirərək ayağının altına qoyub və görüntülər çəkməyə başlayıb. Görüntüləri araşdıran qadın foto və videoların pərdə arxasında çəkildiyini aşkar edib və vəziyyəti polisə bildirib.

Solyariumda qalmaqal: Menecer 30 il ərzində müştərilərinin nalayiq şəkillərini çəkirdi

Hadisədən sonra həbs olunan 62 yaşlı biznes meneceri Hirotaka Yamamoto polisə verdiyi ifadədə cinayətini etiraf edərək, "Cinsi istəklərimi təmin etmək üçün bəyəndiyim müştərilərin görüntülərini lentə aldım" deyib. 

Salonun açılışından bəri sözügedən cinayəti törətdiyini bildirən Yamamoto, "Təxminən 30 ildir bu işlə məşğulam. Yaxalanacağımı heç düşünmürdüm" deyib. Yamamoto smartfonunun müayinəsi zamanı 400-ə yaxın qadın müştərinin uyğunsuz fotolarını aşkar edən polis hadisə ilə bağlı ətraflı araşdırmaya başlayıb.

Məryəm İlhamqızı