Bayden Trampı DƏSTƏKLƏYİR?
    • Bu gün, 11:35
    • 115

Bayden Trampı DƏSTƏKLƏYİR?

ABŞ prezidenti Co Bayden 2001-ci il sentyabrın 11-də terror aktlarının ildönümü ilə bağlı keçirilən tədbirdə Respublikaçı namizəd Donald Trampın kampaniyasını dəstəkləmək üçün üzərində adı yazılan papaq taxıb. 

News24.az xəbər verir ki, Baydenin Trampa səs vermək üçün papaq taxdığı fotosu onun Pensilvaniya ştatının Şenksvill şəhərindəki yanğınsöndürmə məntəqəsinə səfəri zamanı çəkilib. 

Fövqəladə hallar xidmətinin əməkdaşları ilə ünsiyyətdə olan dövlət başçısı ölkədə ikitərəfli birliyin zəruriliyini müzakirə edib və bu ruhun bərpasına çağırıb.

Ağ Evin sözcüsü Bates X sosial şəbəkəsində izah edib ki, ölkənin birliyini dəstəkləmək üçün prezident onu "qısa müddətə" geyinməyə razılaşıb.

Xatırladaq ki, sentyabrın 10-da Donald Tramp və Demokratların namizədi Kamala Harrisin iştirakı ilə seçki debatlarının birinci turu keçirilib. Müxaliflər Ukraynadakı münaqişəni, qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyəti, artan inflyasiyanı və Amerika iqtisadiyyatındakı problemləri müzakirə ediblər.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Məryəm İlhamqızı