Su samurları qadına HÜCUM ETDİ
    • Bu gün, 17:30
    • 89

Su samurları qadına HÜCUM ETDİ

Malayziyada Tanjung Aru İstirahət Parkında qaçan qadın 8 su samurunun hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, Malayziya Vəhşi Təbiəti Qoruma İdarəsindən alınan məlumata görə, su samurları parkdakı gölməçədə yemək axtararkən ona hücum edib.

Departament direktoru Roland Oliver Niun bildirib ki, parkın ətrafında vəhşi su samurları var və parka gələnlərin heyvanları bəsləməsi bu cür aqressiv davranış dəyişikliklərinə səbəb olur.

Hücumdan sonra su samurları sürətlə hadisə yerindən qaçıb, ağır yaralanan qadın xəstəxanaya aparılıb.

Hadisədən sonra bölgəyə vəhşi təbiət qrupu göndərilib, su samurlarını izləmək və park ətrafında təhlükəsizlik tədbirlərini artırmaq üçün işlərə başlanılıb.

Səlahiyyətlilər parkın ətrafındakı hasarların gücləndiriləcəyini və heyvanların yenidən parka daxil olmasının qarşısının alınacağını bildiriblər.

Bundan əlavə, vətəndaşlardan su samuru və ya digər vəhşi heyvanlarla birbaşa təmasdan çəkinmələri xahiş olunub.

Məryəm İlhamqızı