Körpü uçdu - DƏHŞƏT
    • Bu gün, 17:45
    • 169

Körpü uçdu - DƏHŞƏT

Almaniyanın Drezden şəhərinin mühüm nəqliyyat arteriyalarından biri olan Karola körpüsünün bir hissəsi dünən saat 03:00 radələrində Elba çayına çöküb.

News24.az xəbər verir ki, körpünün çökdüyü zaman xoşbəxtlikdən onun üzərində heç kim olmayıb.

Verilən məlumatlara görə, körpünün təxminən 330 metr hissəsinin zədələnib, piyada və velosiped yolları, tramvay relsləri zərər görüb. İki istilik xəttinin zədələndiyi və bir müddət şəhərə isti suyun verilməyəcəyi açıqlanıb. 

Dağılmanın səbəbi hələ müəyyən edilməsə də, son tramvayın körpünün üstündən çökməyə cəmi 18 dəqiqə qalmış keçdiyini bildirib.

Məryəm İlhamqızı