-
- 13-09-2024, 09:02
- 649
Narinin anası və qardaşı daxil olmaqla 8 nəfər həbs edildi
Diyarbakırda öldürülən 8 yaşlı Narin Güranla bağlı sirr hələ də açılmayıb.
News24.az xəbər verir ki, avqustun 21-də yoxa çıxan, 19-da cansız meyiti tapılan Narinin qətli ilə bağlı başlanan istintaq davam edir.
İstintaq çərçivəsində saxlanılan şübhəlilər arasında Narin Güranın anası Yüksel (44), böyük qardaşı Enes (18), əmisi Fuat Güran (41), əmisi oğlu Muhammet Kaya (23) və Birsen Güran (19), xalası Maşallah Güran (46), xalasının əri Mehmet Şevket Kaya və Mehmet Səlim Atasoy (40) həbs olundu.
Ana Yüksel və böyük qardaşı Enes Güran “qəsdən adam öldürmə cinayətində iştirak etmək”, dayısı Fuat Güran “cinayət dəlillərini məhv etmək” ittihamı ilə, digər 5 şübhəli isə "cinayətə üstünlük vermək və cinayət sübutlarını məhv etmək".
Qeyd edək ki, Narinin atası da daxil olmaqla 10 nəfər prokurorluq tərəfindən sərbəst buraxılıb.
Günel Məlikzadə