Divandakı ləkələri çıxarmaq bu qədər asan imiş
    • 18-09-2024, 19:54
    • 1 745

Divandakı ləkələri çıxarmaq bu qədər asan imiş

Oturacaqlarımız diqqətsizlik kimi səbəblərdən bəzi ləkələrə məruz qala bilər. Divan səthindəki inadkar ləkələr yuyucu vasitələrlə təmizləndikdə tamamilə silinməyə bilər. Üstəlik, ləkələri çıxarmaq üçün müxtəlif yuyucu vasitələrə yüksək qiymətlər ödəmək lazımdır.

News24.az xəbər verir ki, bunun əvəzinə təbii üsulları seçdiyiniz zaman divan səthindəki ləkələrin bir anda təmizləndiyini görə bilərsiniz. 

Ağ sirkə: Təbii ləkə təmizləyicisi olan ağ sirkə tərkibindəki yüksək turşu dəyəri sayəsində güclü təmizləyici məhsuldur. Divan səthindəki ləkələri ağ sirkə ilə təmizləmək üçün bir sprey şüşəsində bərabər miqdarda su və sirkəni qarışdırın. Daha sonra bu məhlulu ləkələrin üzərinə səpə və ləkələri təmiz bir parça ilə çıxara bilərsiniz.

Soda: Təbii ləkə çıxaran məhsullar arasında ağardıcı təsiri ilə seçilən soda divanlardakı ləkələrdən də qurtulmağa kömək edəcək. Bol miqdarda sodaya bir az limon suyu sıxın və pasta halına gələnə qədər qarışdırın. Daha sonra pastanı oturacaqlardakı ləkələrə çəkin.

Ləkələrə hərtərəfli nüfuz etməsi üçün pastanın təxminən 15 dəqiqə burada qurumasına icazə verin. Bundan sonra nəm bir parça ilə təmizləyə bilərsiniz. Ləkələrin pasta ilə birlikdə çıxdığını görəcəksiniz.

Məryəm İlhamqızı