Argentina lideri Mileinin həbsinə order verildi
    • 19-09-2024, 17:24
    • 260

Argentina lideri Mileinin həbsinə order verildi

Venesuelanın baş prokuroru Tarek Saab Argentina prezidenti Xavyer Mileinin həbsinə order vermək üçün iki xüsusi prokuror təyin etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, Mileinin bacısı, baş müşaviri Karina Milei və Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullrix üçün də həbs qərarı verilib.

Qərar Argentinanın Venesuelanın Emtrasur şirkətinin yük təyyarəsini 2022-ci ilin avqustunda ələ keçirməsi ilə bağlı qəbul edilib.

Venesuela uzun müddətdir ki, Argentinanın beynəlxalq hüququ pozduğunu və təzminat tələb etdiyini əsas gətirərək təyyarənin saxlanmasına etiraz edib.

Hadisə Buenos Ayres və Karakas arasında böhrana səbəb olub. Venesuela lideri Nikolas Maduro yük təyyarəsinin Argentina və ABŞ-ın ortaqlığı tərəfindən “oğurlandığını” iddia edib.

Venesuelanın baş prokuroru Saab Milei administrasiyasının hərəkətlərinin cinayət təşkil etdiyini iddia edib.

Argentina Xarici İşlər Nazirliyi isə ABŞ ilə razılaşmanın tələb etdiyi kimi hərəkət etdiyini və təyyarənin ələ keçirilməsinin qanunsuz olmadığını iddia edir.

Günel Məlikzadə

News24.az

Qaynar xətt: 099 270 77 77