3 uşaq anası, dünyaca məşhur aktrisa ARIQLAMA sirrini açıqladı
    • 23-09-2024, 14:42
    • 269

3 uşaq anası, dünyaca məşhur aktrisa ARIQLAMA sirrini açıqladı

Gözəlliyi ilə illərə meydan oxuyan aktrisalar arasında dünyaca məşhur amerikalı aktrisa Demi Mur da var. Üç uşağı olan 61 yaşlı ulduz hamiləliyə görə kökəldiyi dövrlərdə arıqlamaq üçün izlədiyi yolu paylaşıb.

1991-ci ildə ikinci övladı Skaut LaRu Uillisi dünyaya gətirən məşhur aktrisa Demi Mur hamiləlik dövründə kilo aldığını, arıqlaya bilmədiyini və bu səbəbdən özünü çox özgüvənsiz hiss etdiyini açıqlayıb.

News24.az xəbər verir ki,o zaman Brüs Uillislə evli olan Demi Mur qızı Skautun doğulmasından sonra özünü fiziki təzyiq altında hiss etdiyini və bu səbəbdən gərgin idman dövrünə başladığını bildirib.

Demi Moore, "Mən hər gün "Ədəbsiz Təklif" filminin çəkiliş meydançasına 30 mil velosiped sürdüm və hamilə qalmazdan əvvəlki kiloma qayıtdım" dedi.

Onu da qeyd edək ki, ilk dəfə Freddi Murla evlənən məşhur aktrisa, boşandıqdan 2 il sonra Brüs Uillislə ailə həyatı qurub. 2000-ci ildə Brüs Uillisdən ayrılan Mur daha sonra Eşton Katçerlə evlənib. Demi Murun Bruce Uillislə evliliyindən üç övladı var.

Günel Məlikzadə