-
- 9-08-2024, 22:15
- 290
46 yaşlı aktrisa gözəllik sirrini paylaşdı
“Medcezir” serialı ilə yadda qalan aktrisa Mine Tuqay karyerası və sosial media paylaşımları ilə tez-tez gündəmə gəlir.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, illərə meydan oxuyan, gözəlliyi ilə tez-tez müzakirə obyektinə çevrilən Mine Tuqay bu sirrini bölüşüb.
Dərisi üçün xüsusi qarışım hazırladığını bildirən 46 yaşlı aktrisa bildirib: "Bal, sarıkök və limon suyu ilə hazırladığım maska var, arada çəkirəm. Hər kəsə tövsiyə edirəm. Özümü balanslı hiss etmək üçün yoqa ilə də məşğul oluram”.