Konsertə dəqiqələr qalmış xəstəxanaya yerləşdirildi
    • 24-09-2024, 19:00
    • 548

Konsertə dəqiqələr qalmış xəstəxanaya yerləşdirildi

Müğənni Simge Sağın dünən axşam Dənizlinin Çivril rayonunda keçirilən Beynəlxalq Alma Əkinçilik və Mədəniyyət Festivalında konsert verəcəkdi. Lakin konsert başlamazdan bir neçə dəqiqə əvvəl Sağın öskürək krizi keçirib.

News24.az xəbər verir ki, nəfəs almaqda çətinlik çəkən pop ifaçısının vəziyyəti pisləşincə Çivril Dövlət Xəstəxanasına aparılıb və orada müalicə olunub.

Xəstəxanadan paylaşım edən Simge Sağın pərəstişkarlarına "Dostlar, təəssüf ki, öskürək tutması səbəbindən konsertimi keçirə bilmirik. Məni gözləyən bütün Çivrilliləri sevirəm. Yeni tariximizi açıqlayacağam" deyib.

Məryəm İlhamqızı