-
- 24-09-2024, 23:37
- 248
Mexanikin dəhşətli ölümü
İzmirdə Camal Kök adlı şəxs təmir etdiyi yük maşınının damperinin altında qalıb.
News24.az xəbər verir ki, yük maşını ilə torpaq boşaldarkən damper havada qalıb.
Bunun üzərinə A.K. İşlədiyi şirkətin mexanikini çağırıb.
İddiaya görə, Cemal Kök təmir etmək üçün yük maşınının damperinin altına girib.
Bu vaxt qəfil bağlanan damperin altında qalan Kök sıxılaraq dünyasını dəyişib.
Polis hadisə yerində müayinə etdikdən sonra Kökün cansız bədəni İzmir Ədliyyə Tibb Təşkilatının meyitxanasına göndərilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə