1 ay öncə vəfat etmişdi, cənazəsi vətəninə gətirilir
    • 25-09-2024, 08:35
    • 322

1 ay öncə vəfat etmişdi, cənazəsi vətəninə gətirilir

Türk kinosunun məşhur aktrisalarından olan Ahu Tuğba uzun müddətdir qızı Anjelik Kalvinlə birlikdə yaşadığı ABŞ-ın Mayami şəhərində KOAH xəstəliyindən dünyasını dəyişib.

News24.az xəbər verir ki, Anjelik Kalvin sentyabrın 1-də dünyasını dəyişən anasının Türkiyədə dəfn olunmasını istəyib. Lakin prosedurlar və onun müddəti bitən pasportunun yenilənməsi prosesi səbəbindən Ahu Tuğbanın cənazəsinin Türkiyəyə gətirilməsi gecikib.

A.Kalvin hazırda bütün prosedurların yerinə yetirildiyini və təxminən 1 ay öncə vəfat edən anasının cənazəsinin bu həftə Türkiyəyə gətirləcəyini açıqlayıb. 

Teymur Məmmədov