“Halal” markalı kolbasalarda donuz əti? - Ağlasığmaz iddia
    • 25-09-2024, 17:27
    • 180

“Halal” markalı kolbasalarda donuz əti? - Ağlasığmaz iddia

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana xarici ölkələrdən 860,7 ton dondurulmuş donuz əti idxal olunub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə bu ilkindən daha az - 645,8  ton dondurulmuş donuz əti idxal edilmişdi. 

İdxalın artması isə müzakirələrə səbəb olub. Donuz ətinin ölkəmizdə daha çox istifadə edilməsinə səbəb nədir? 

Bəzi sosial şəbəkə istifadəçiləri  iddia edir ki, halal adı altında əhaliyə satılan sosis və kolbasalara da da donuz əti vurulur.  vakansiya 2023

Bu iddialarda doğruluq payı ola bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov danışıb. O bildirib ki, səsləndirilən iddialar həqiqəti əks etdirmir: 

“Sosial şəbəkələrdə səsləndirilən iddilar yanlışdır. Halal sertifikatı verilmiş markalar kolbasa və ya sosislərə donuz əti qarışdırmır. Qida Təhlükəsizliyi Agentliyi buna ciddi nəzarət edir. Donuz əti digər sahələrdə də istifadə edilə bilər. Bu ət təkcə kolbasa hazırlamaq üçün deyil. Nəzərə almaq lazımdır ki, son bir ildə ölkəmizdə kolbasa istehsalı artıb”. 

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə bildirib ki, “Halal” sertifikatı olan məhsullara donuz əti vurula bilməz. 

O, kolbasa və sosislərin tərkibi haqda danışıb: 

“Əgər bir məhsulun üzərində “Halal” sertifikatı varsa, orada donuz ətindən istifadə oluna bilməz və istifadə edilən ətin kəsimi də İslam dininin qaydalarına uyğun olmalıdır. Eyni zamanda, “Halal” sertifikatını almış markalarda qandan, kansoregen maddələrdən, GDO-lu məhsullardan istifadə olunmamalıdır, sanitar gigiyena normalarına tam əməl olunmalıdır. Bu məhsulların istehsalından sonra onlar laborator testdən keçməli, tərkibində donuz əti və ya qatqıların olub-olmaması dəqiqləşməlidir. 

Kolbasa istehsalında həm yağlı olduğu, həm də uzun müddət qala bildiyi üçün donuz ətindən istifadə olunur. Nəzərə almaq lazımdır ki, kolbasa və sosislərin tərkibinə vurulan ətlər tez xarab olmağa meyillidir, bunun qarşısını almaq, kolbasanın tərkibində mikro-orqanizmlərin yaranmasını önləmək üçün kolbasa və sosislərə müxtəlif maddələr vurulur. Bundan əlavə, ədviyyatlarla yanaşı, sözügdən məhsullara müxtəlif dadlandırıcılar və boyaq maddələri də əlavə edilir. Bu səbəbdən kolbasa və sosis kimi ət məhsullarının gündəlik qida rasionuna daxil edilməsi məsləhət görülmür”.