17 yaşlı oğlan qumbara ilə 4 nəfəri öldürdü - Ailələrin DAVASI
    • Bu gün, 17:57
    • 433

17 yaşlı oğlan qumbara ilə 4 nəfəri öldürdü - Ailələrin DAVASI

İsrailin Ramla şəhərində 17 yaşlı yeniyetmə avtomobilə qumbara ataraq partladıb.

News24.az Lent.az-a istinadla bildirir ki, nəticədə 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.

Gənc adama ağır cinayətdə ittiham irəli sürülüb, polis bir neçə gün ərzində toplanan bütün dəlillər əsasında iddianaməni tamamlayacaq.

Hazırda məlum olur ki, hadisə şəhərdə iki tanınmış ailə arasında baş verən cinayət “mübahisəsi” ilə bağlıdır. Polis oğlanı Mosrati ailəsi ilə əlaqələndirir və qətlin hədəfi Jaruşi ailəsi olub.

Şübhəlilərdən biri barəsində dəlil toplana bilmədiyi üçün sərbəst buraxılıb. Bundan başqa, qətllə bağlı 17 yaşlı gənci partlayıcı qurğunu işə salmaq üçün göndərən daha bir şəxs həbs edilib.

Hazırda araşdırmalar davam etdirilir.